Şriftin ölçüsü :

Saytın rəngi :

Bağçakürd və Dəyirmanlar kəndlərində vətəndaşların müraciətləri əsasında, mövcud problemlərin həlli ilə bağlı, müvafiq əməli tədbirlər görüldü

05 fevral 2025 | 10:13

Goranboy rayon İcra Hakimiyyəti başçısının Bağçakürd və Dəyirmanlar kəndlərində keçirdiyi səyyar qəbullar zamanı, Bağçakürd kənd sakini Məmmədov Arzu Papır oğlunun Bağçakürd-Azad subartezian-elektrik xəttində bərpa-bərkitmə işlərinin aparılması, elektrik naqillərinin və dirəklərinin yenilənməsi və bir qrup Dəyirmanlar kənd sakinləri tərəfindən, elektrik xətlərinin qəbirstanlıq ərazisindən kənara çıxarılması ilə bağlı etdiyi müraciətlər əsasında,  Goranboy rayon İcra Hakimiyyəti və rayon Elektrik Şəbəkəsi əməkdaşlarının birgə iştirakı ilə yerində baxış keçirildi. Mövcud problemlərin həlli ilə bağlı, Azərişıq ASC Goranboy şöbəsi tərəfindən yeni dayaqlar  və naqillər quraşdırıldı,  06/139 nömrəli subartezian quyusunun transformatoru ətrafında abadlıq işləri görüldü.

 

Keçidlər