Bağçakürd kəndində birinci Qarabağ müharibəsi əlilinin müraciətinin həlli ilə bağlı işlərə başlanılmışdır
05 fevral 2025 | 09:29
Goranboy rayon İcra Hakimiyyəti başçısının Bağçakürd kəndində keçirdiyi səyyar qəbulu zamanı, kənd sakini, birinci Qarabağ müharibəsi əlili Ceyhun Əsgərovun müraciəti ilə bağlı, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Goranboy rayon Elektrik Şəbəkəsinin məsul əməkdaşları ilə birgə, vətəndaşların iştirakı ilə yerində araşdırma apardılar. Mövcud problemin həlli məqsədilə əkin sahələrinin suvarılması üçün istifadə olunan 06/510 nömrəli subartezian quyusunun transformatoru Elektrik Şəbəkəsi tərəfindən təmir olunması üçün aparıldı.