Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Goranboyda vətəndaşları qəbul edib.

29 yanvar 2024 | 17:29

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin yanvar ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Goranboy rayonunda Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul edib. Qəbuldan öncə, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev və  “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət  ediblər. Goranboy rayonu Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb

Keçidlər