Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi” ilə bağlı, Goranboy rayon Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirildi.

23 dekabr 2021 | 16:00

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi” ilə bağlı, Goranboy rayon Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə, rayonun  Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Rafət Qurbanov, YAP rayon təşkilatının sədri Elçin İsmayılov, partiya rayon təşkilatının idarə heyətinin üzvləri və partiya fəalları iştirak etdilər. Konfrans iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirildi. Konfrasda  torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Daha sonra çıxış edən natiqlər Möhtərəm Prezidentimiz, beynəlxalq  siyasi arenada xüsusi nüfuza malik dünya şöhrətli siyasi lider, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 60 illik mənalı ömür yolu və dövlət başçısı, hakim partiya - Yeni Azərbaycan Partiyasının sədri  kimi səmərəli fəaliyyəti ilə bağlı geniş fikirlər söylədilər.

 

 

Keçidlər