Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasıda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Plnaı”nın 12.2.4-cü bəndinin icrası ilə əlaqədar, Goranboyda maarifləndirici tədbir keçirildi.

16 sentyabr 2023 | 09:08

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıda məişət zorakılığı ilə mübarizəyə dair  2020-2023-cü illər üçün Milli Fəaliyyət Plnaı”nın 12.2.4-cü bəndinin icrası ilə əlaqədar,  Goranboy RİH-nin  təşkilatçılığı, rayon Polis Şöbəsi əməkdaşlarının və tibb işçilərinin birgə iştirakı ilə Mərkəzi Xəstəxanada maarifləndirici tədbir keçirildi. Tədbirdə məişət zorakılığının yaranma səbəbləri və qarşısının alınması istiqamətində görülməsi vacib olan məsələlər müzakirə edildi. Məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətləri, məişət zorakılığına məruz qalmış şəxslərlə davranış qaydaları və yardım mərkəzləri haqqında məlumat verilərək  iştirakçıların sualları cavablandırıldı.

Keçidlər