Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboyda əməli tədbirlər həyata keçirilmişdir.

05 yanvar 2023 | 14:53

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində vətandaşların müntəzəm qəbulları,  yaşayış məntəqələrində isə səyyar qəbulları təşkil edilmiş, onların müraciətləri, sosial qayğıları öyrənilmiş, təhlil edilmiş və həlli istiqamətlərində müvafiq zəruri əməli  tədbirlər həyata keçirilmişdir.

 Goranboy rayon İcra hakimiyyəti başçısı aparatında 2022-ci il ərzində vətəndaşların müraciətlərinə baxılması vəziyyəti təhlil edilmişdir.  İl ərzində rayon sakinləri tərəfindən Mərkəzi icra hakimiyyəti orqanlarına və İcra Hakimiyyətinə ümumilikdə 2012, o cümlədən 1611 ərizə və 401 şikayət xarakterli müraciət ünvanlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 447 ədəd azdır.  2012 müraciətdən 452 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 42 ədədi Nazirlər Kabinetinə, 182 ədədi respublikanın digər təşkilatlarına və 1314 ədəd müraciət rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. Müraciətlərin 44 ədədi qəbul, 44 ədədi dövlət qulluğu və kadr məsələləri, 129 ədədi yerli icra və bələdiyyə orqanlarının fəaliyyəti, 161 ədədi kənd təsərrüfatı məsələləri, 327 ədədi torpaq məsələləri, 579 ədədi sosial müdafiə məsələləri, 78 ədədi elektrik enerjis, təbii qaz, su təchizatı, 216 ədədi mənzil, 73 ədədi sahibkarlığın inkişafı, qalan 361 müraciət isə digər məsələlərlə bağlı olmuşdur.

Goranboy rayon  İcra Hakimiyyətində təsdiq edilmiş müvafiq qrafikə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə 2022-ci il ərzində, ümumilikdə  38 səyyar görüş-qəbullar  keçirilib. Keçirilən  səyyar görüş-qəbulda 2378 nəfər iştirak edib,   müxtəlif məsələlərlə bağlı 213  müraciət edilib.Səyyar görüşlərdə RİH-nin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri,  RİHB-nin müavinləri, şöbə müdirləri,  təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Bütün səyyar görüşlərdə öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bütün çıxışlarında, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi-iqtisadi qüdrətinin daha da gücləndirilməsi istiqamətlərində həyata keçirilən uğurlu islahatlardan danışan İcra Başçısı Məhərrəm Quliyev, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi  ilə, Rəşadətli Azərbaycan Ordusu tərəfindən  işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Şanlı Vətən müharibəsi ilə azad edilmiş torpaqlarımızda hazırda genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin aparıldığını, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində sahibkarlığın inkişafına, işsizliyin aradan qaldırılmasına yönəldilmiş bir sıra qlobal layihələrin həyata keçirildiyini bildirmişdir.

  Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Goranboyda da əsaslı işlər görülür,  Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Goranboy rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış müvafiq Komissiya tərəfindən rayon ərazisində yaşayan Şəhid ailələri rayon İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən evlərində ziyarət edilmiş, RİH-nin, hüquq mühafizə orqanlarının məsul şəxslərinin və xidmət sahələrinin  rəhbərlərinin iştirakı ilə Müharibə əlilləri və iştirakçıları ilə yerlərdə görüşlər təşkil edilmişdir. Məlumat üçün bildiririk ki, bu günə kimi 38 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 226 görüş keçirilmişdir. Ziyarətlər zamanı 120 Şəhid ailədən 218 müraciət,  Müharibə əlilləri və iştirakçıları ilə keçirilən görüşlərdə isə 64 müraciət qeydə alınmış, bu müraciətlərdən 128-i rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə Mərkəzi İcra Hakimiyyəti orqanlarına məktublar göndərilmişdir. Ziyarət və görüşlər davam etdirilir. Novruz bayramı münasibəti ilə Şəhid ailələri və qazilərə ümumilikdə -21400 AZN, İl mərasimlərinin keçirilməsi ilə əlaqədar 27 Şəhid ailəsinə -13500 AZN,  sosial problemlərinin qarşılanması məqsədilə, 116 nəfərə   ümumilikdə 113.000 AZN, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  ilə bağlı, 459 şəhid və qazi ailəsinin hər birinə 200 manatdan olmaqla, ümumilikdə 91 800 manat maddi dəstək göstərilmişdir.

Qəbullarda və görüşlərdə iştirak edən vətəndaşları narahat edən məsələlər, problemlər və sosial qayğılar dinlənilib,  aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb.

 

 

 

Keçidlər