Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında, əsaslı təmir edilmiş Qaraçinar kənd tam orta məktəbi istifadəyə verildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında, Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir-bərpa işləri aparılmış Qaraçinar kənd tam orta məktəb binası və məktəbin həyətində Şəhidlərimizin xatirəsinə inşa edilmiş Şəhidlər Xatirə Bulağı, Goranboy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Seymur Nazarov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələri, qazilər və yerli sakinlərin iştirakı ilə istifadəyə verildi.
44 günlük Vətən Müharibəsi zamanı erməni silahlı birləşmələrinin atdığı artileriya mərmisinin partlaması nəticəsində zərər çəkmiş Tap və Qaraçinar kənd tam orta məktəbləri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında əsaslı təmir edilmiş, yaxın vaxtlarda isə Qızılhacılı və Səfikürd tam orta məktəblərinin əsaslı təmirinə başlanılacaqdır.