Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " Vətən müharibəsi zamanı dağılmış məktəb binası yeni dərs ilinə hazırdır " başlıqlı məqalə dərc edildi.

01 sentyabr 2022 | 10:38

44 günlük Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin atdığı mərmilər Goranboy rayonunun bir neçə yaşayış məntəqəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan vurmuşdur.
Belə binalardan biri də rayonun Qaraçinar kəndindəki məktəb binası olmuşdur. "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Qaraçinar kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri aparılmış, qısa vaxt ərzində məktəb binası yeni dərs ilinə hazır vəziyyətə gətirilmişdir.
Tamamilə yenidən qurulan məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Burada fənn kabinələri, qapalı və açıq idman meydançaları yaradılmış, sinif otaqları yeni inventarlarla təmin edilmişdir. Məktəbin kollektivi sentyabrın 15-də yeni dərs ilini əsaslı şəkildə təmir edilmiş məktəbdə qarşılayacaq.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Keçidlər