Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " Müharibə zamanı Goranboyda dağıdılmış kənd məktəbləri əsaslı təmir edilmişdir " başlıqlı məqalə dərc edilib.

24 avqust 2022 | 15:37

44 günlük Vətən müharibəsi zamanı erməni silahlı birləşmələrinin atdığı artilleriya atəşləri ilə əraziyə düşən mərmilərin partlaması nəticəsində Goranboy rayonunun bir neçə yaşayış məntəqəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan dəymişdir.
Vətən müharibəsindən öncə düşmənlə ən yaxın təmas xəttində yerləşən Tap kəndində məktəb binası da dağılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncama əsasən, Qaraçinar və Tap kənd tam orta məktəblərində əsaslı təmir-bərpa işlərinə başlanılmış və qısa vaxtda başa çatdırılmışdır. Hər iki məktəb artıq yeni dərs ilinə hazırdır. Şagirdlər sentyabrın
15-də müasir laboratoriya və fənn kabinetləri ilə təchiz edilmiş tədris ocağında dərslərə başlayacaqlar.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Keçidlər