Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində "Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboyda daha bir məktəb binasının inşası yekunlaşır" başlıqlı məqalə dərc edilib.

14 sentyabr 2021 | 16:00

Azərbaycan qəzetində "Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboyda daha bir məktəb binasının inşası yekunlaşır" başlıqlı məqalə dərc edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Goranboy şəhər 1 nömrəli tam orta məktəbi üçün inşa edilən yeni məktəb binasında son tamamlama işləri görülür.700 şagirdlik yeni məktəb binasında 34 sinif otağı, kimya və biologiya laboratoriyaları, geniş idman, akt və yeməkxana zalları, müəllimlər otağı inşa edilmişdir. Məktəbdə həmçinin müasir istilik sistemi, 50 tonluq su anbarı, müəllimlər və şagirdlər üçün ayrıca sanitar qovşaqları da yaradılmışdır. Ümumiyyətlə, 3 mərtəbəli məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait olacaq.Valideyn Səadət İsgəndərova deyir ki, uzun illər idi övladını məktəbə yola salanda nigaran qalırdı: “Məktəb qəzalı vəziyyətdə idi. Sağ olsun Mehriban xanım, onun köməyi ilə uşaqlarımız artıq hər bir şəraiti olan yeni təhsil ocağında oxuyacaqlar”.Məktəbin 11-ci sinif şagirdi Fatmeyizəhra Aslanova isə öz sevincini belə ifadə etdi: “Yeni dərs ilinin başlanacağı günü səbirsizliklə gözləyirik. Əvvəlkindən fərqli olaraq indi geniş və işıqlı sinif otaqlarında dərs keçəcəyik. Söz yox ki, bizim bu şəraitə cavabımız daha yaxşı oxumaq olmalıdır”.Rayon Təhsil şöbəsinin müdiri Seymur Nazarov deyir ki, Goranboyda daha bir məktəb binası inşa edilir: “Bu, Dəliməmmədli şəhərində tikilən 960 şagirdlik yeni məktəb binasıdır. Məktəbin ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. 3 mərtəbəli məktəb binasında sinif otaqlarından savayı 5 laboratoriya, idman zalı, eləcə də digər köməkçi otaqlar olacaq”.

Sabir ƏLİYEV,
“Azərbaycan”

 

Keçidlər