Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Ağcakənd qəsəbəsində “Heydər Əliyev ili” çərçivəsində, “Ümummilli Lider Goranboyda” mövzusunda tədbir keçirildi.

11 dekabr 2023 | 12:29

Goranboy rayonunun Aşağı Ağcakənd  qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində,  “Heydər Əliyev ili” çərçivəsində, “Ümummilli Lider Goranboyda” mövzusunda  tədbir keçirildi. Tədbirdə, Goranboy RİH Başçısının birinci müavini, ictimaiyyət nümayəndələri, bir qrup ziyalılar, vaxtı ilə Ümummilli Liderlə görüşmüş sakinlər iştirak etdi. Tədbirdə, Ümummilli Lider Heydər Əliyevin 13 sentyabr 2002-ci il tarixli Goranboy rayonuna, o cümlədən Aşağı Ağcakənd qəsəbəsinə səfəri, sakinlərlə tarixi və unudulmaz görüşü barədə videoçarx izlənildi, Ümummilli Liderimizlə  bağlı xoş xatirələr  danışıldı.

Keçidlər