Alpout kənd sakinlərinin müraciətləri yerində araşdırıldı.
01 noyabr 2024 | 09:39
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən Alpout kəndində keçirilən vətəndaşların səyyar qəbulu zamanı, kənd sakinləri Qasımova Gülbəniz Qasım qızının 06/506 reper nömrəli subartezian quyusunun əsaslı təmir olunmasına və Şəfiyev İbad Fərhad oğlunun kəndarası yolların təmir olunmasına köməklik göstərilməsi barədə müraciətləri, rayon İcra Hakimiyyətinin, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, 23 saylı Yol İstismarı İdarəsinin əməkdaşlarının və vətəndaşların birgə iştirakı ilə yerində araşdırıldı. Qeyd olunan problemlərin həlli istiqamətlərində əməli tədbirlər görüləcəyi vətəndaşlara bildirildi.