Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Goranboyda sakinlərin müraciətlərini dinlədi.
13 mart 2024 | 18:08
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Goranboy rayonu Heydər Əliyev Mərkəzində, Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərini qəbul etdi, müraciətlərini dinlədi. Qəbuldan öncə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.