Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində “erkən nigahın qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlərin davam etdirilməsi” mövzusunda növbəti dəyirmi masa təşkil edildi.

03 avqust 2022 | 14:35

Goranboy rayon İcra Hakimiyyətində “erkən nigahın qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlərin davam etdirilməsi” mövzusunda növbəti dəyirmi masa təşkil edildi.

 

Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya üzvlərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin və bir qrup inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə, rayon İcra Hakimiyyətində “erkən nigahın qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlərin davam etdirilməsi” mövzusunda növbəti dəyirmi masa təşkil edildi.

Tədbirdə, yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilməsinin və mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin zəruriliyi vurğulandı. Bildirildi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən edilib. Rayon İcra Hakimiyyəti Uşaq və Ailələrə Dəstək Mərkəzləri, digər aidiyyəti qurumlar, o cümlədən, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirir, belə halların qarşısının alınması istiqamətində ailələrlə görüşlər keçirilir, müvafiq tədbirlər görülür. Məlumat üçün bildiririk ki, cari ilin birinci yarımilliyi ərzində erkən nigahla bağlı, rayon ərazisində 5 fakt müəyyən edilmiş və rayon İcra Hakimiyyəti adiyyəti qurumlarla birgə, mövcud qanunvericiliyin tələblərinə və rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Əsasnaməsinə uyğun olaraq, operativ tədbirlər həyata keçirmiş, belə neqativ halların qarşısı dərhal alınmışdır.

 

Keçidlər