Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy RİH başçısının İƏD üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib

03 iyul 2020 | 02:00

01 iyul 2020-ci il tarixdə  Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Respublikanın Baş Prokurorunun, Daxili İşlər Nazirinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, yerli İcra Hakimiyyəti başçılarının, adı çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurum rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilib.
Videomüşavirə zamanı ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı tapşırıqlar verib.
Bununla əlaqədar 02 iyul 2020-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyətində İcra  başçısının müavini, rayon Prokurorunun müavini, Polis Şöbəsinin rəis müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon Şöbəainin rəis müavini, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy–Naftalan bölgəsi üzrə səlahiyyətli nümayəndəsi və RİH başçısının şəhər, kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb.
Sonra videomüşavirədə səslənən fikirlər, verilən tapşırıqlar geniş şəkildə müzakirə olunub.

Keçidlər