96 saylı Goranboy-Naftalan DSK-nın seçiciləri millət vəkili Anar Məmmədova müraciət etdi
Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatı Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, millət vəkili seçicilərini diqqətdən kənarda qoymayır. Videoqəbulda deputat seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Seçicilərin müraciətləri, əsasən, sosial məsələlər, mənzil şəraiti, kommunal problemlər və s. məsələlərlə bağlı olub. Bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər isə artıq öz həllini tapıb.
Qeyd edək ki, görüşdə Goranboy rayon İcra hakimiyyəti və Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib.
Sonda deputat seçicilərinə müraciət edərək ölkədə tətbiq olunan karantin rejiminə əməl etməyə çağırdı.