Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur.

16 iyun 2020 | 16:00

Goranboy rayonunda cari məhsul ilində 23739 hektar sahədə taxıl, o cümlədən 8771 hektar buğda, 13755 hektar arpa və 1213 hektar xəsil əkilmişdir.
Hazırda rayonda taxıl biçini davam etdirilir. Biçinə 120-dən artıq kombayn, 250-ə dək yük maşınları və traktorlar, baş verə biləcək yanğın təhlükəsinin dərhal alınması məqsədi ilə 40-a yaxın şum traktorları cəlb edilmişdir.
16 iyun 2020-ci il tarixə rayon üzrə 192 hektardan 629 ton buğda biçilmiş – məhsuldarlıq 33,5 sentner, 8586 hektardan 27496 ton arpa biçilmiş  - məhsuldarlıq 32,0 sentner təşkil edir.

Keçidlər