Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş - könüllülərin gözü ilə" adlı onlayn yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub

16 iyun 2020 | 04:29

96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə keçirilən onlayn müsabiqədə 100-ə yaxın yeniyetmə və gənc öz istedad və bacarığını nümayiş etdirib.
Ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar olaraq, Anar Məmmədov qalibləri onlayn şəkildə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Deputat müsabiqənin keçirilməsində əsas məqsədin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulması haqqında gənclərin bir daha maarifləndirilməsi olduğunu diqqətə çatdırıb.
Münsiflər heyətinin qərarına əsasən, Nuray Bayramlı ( Naftalan şəhəri ) birinci,  Aytən Bədəlova ( Naftalan şəhəri ) ikinci, Sərxan Abbasov ( Goranboy rayonu, Dəliməmmədli şəhəri ) üçüncü yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələr  ilə mükafatlandırılıblar.

 

Keçidlər