Şriftin ölçüsü :

Saytın rəngi :

10 iyun 2020-ci il tarixində Goranboy rayonunda ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili fənnindən imtahan keçiriləcəkdir.

10 iyun 2020 | 09:03

10 iyun 2020-ci il tarixdə, saat 11:00-da  Dövlət İmtahan Mərkəzi ümumtəhsil məktəblərində 9-cu sinif şagirdləri üçün  buraxılış imtahanı keçirəcəkdir.
İmtahan Goranboy rayonunda 7 binada keçiriləcəkdir:
1. Goranboy şəhər 2 nömrəli
2. Goranboy şəhər 3 nömrəli
3. Qızılhacılı qəsəbə  2 nömrəli
4. Goranboy şəhər Yeni Yaşayış Massivində yerləşən Xocalı şəhər 1 nömrəli
5. Veyisli Yeni Qəsəbədə yerləşən Kəlbəcər rayon 102 nömrəli
6. Fəxralı kənd tam orta məktəblərində
7.  Goranboy şəhər İnternat tipli ümumi orta məktəbində
Ümumilikdə, mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarda  1511 nəfər şagird iştirak edəcəkdir.
İmtahan keçiriləcək bütün təhsil müəssisələrində əvvəlcədən lazımi dezinfeksiya işləri aparılmış, bütün sanitar tədbirləri həyata keçirilmişdir.

Qeyd:  İmtahan zamanı sosial məsafə gözlənilməli və tibbi maskalardan istifadə tələblərinə əməl olunmalıdır. Rayon ərazisində fəaliyyət göstərən bütün apteklərdə kifayət qədər tibbi maska ehtiyatı vardır.

Keçidlər