Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər davam etdirilir.

09 iyun 2020 | 04:23

Ölkədə xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə Goranboy rayonunda ciddi əməl olunur. Rayon sakinlərinin  tibbi maskalara, dezinfeksiyaedici məhlullara və digər gigiyenik vasitələrə gündəlik tələbatını nəzərə alaraq Goranboy  Rayon İcra Hakimiyyətinin başçısı yanında Qərərgahın üzvlərinin iştirakı ilə rayonda fəaliyyət göstərən apteklərdə mütamadi reydlər keçirilir, tələb olunan tibbi vasitələrin təminatı öyrənilir, əhalinin təlabatının tam ödənilməsi üçün tövsiyyə və tapşırıqlar verilir. Eyni zamanda könüllülər tərəfindən əhalinin sıx toplaşdığı yerlərdə pulsuz tibbi maska və dezinfeksiya vasitələri paylanılır, maarifləndirici söhbətlər aparılır.
Qərərgah tərəfindən aptek sahiblərinə istər tibbi maska, istərsə də spirt satışı ilə bağlı xəbərdarlıqlar edilib.
RİH başçısı yanında Operativ Qərargah tərəfindən həyata keçirilən monitorinq və maarifləndirmə tədbirləri müntəzəm davam etdiriləcəkdir.
Qeyd edək ki, Milli Məclisin  keçirilmiş növbədənkənar iclasında karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcəklər.

Keçidlər