Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon icra hakimiyyəti başçısı Rus Borisi kəndində oldu.

10 iyun 2020 | 08:03

İcra başçısı Məhərrəm Quliyev, rayon Dövlət Aqrar İnkişaf Mərkəzin direktoru və digər məsul şəxslərlə birgə Rus Borisi kəndində taxıl  və kartof sahələrində oldu. İcra başçısı burada fəaliyyət göstərən "Kalinin adına Kolxoz" MMC-nə baş çəkdi, kənd təsərrüfatı sahələrində aparılan işlər, əkin sahələrində aqrotexniki qulluğun vəziyyəti ilə yerində tanış oldu.Həmçinin kəndə əhalinin yaşayış şəraiti ilə də maraqlanan İcra başçısı Məhərrəm Quliyev onların problemlərini dinlədi, karantin rejiminin tələb və qaydalarına əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

 

Keçidlər