Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların qəbulu barədə Elan:

05 iyun 2020 | 04:23

Goranboy rayon İcra Hakimiyyəti  bildirir ki, İcra Hakimiyyətinə çoxsaylı vətəndaş müraciətlərinin olması, gündəlik 100-dən artıq  insanın qəbula gəlməsi və bu zaman  karantin rejiminin tələb və qaydalarına, müvafiq tibbi maskalardan istifadə və sosial məsafə tələblərinə əməl  edilməməsi, sanitar-gigiyena qaydalarının pozulması halları    koronavirusun yayılma təhlükəsini artıır. Xüsusən də son günlərdə rayon ərazisində virusayoluxma faktlarının aşkarlanması daha ciddi əməli tədbirlərin görlüməsini tələb edir.
Bütün bunları nəzərə alaraq, Goranboy rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır ki, ölkədə koronavirus pandemiyasına qarşı aparılan operativ mübarizə tədbirlərini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələrinə ciddi əməl edilməsini nəzərə alaraq, vətəndaşların sağlamlığının qorunmasını və sanitar-gigiyena qaydalarına riayət edilməsini təmin etmək məqsədi ilə, vətəndaşların qəbulu online (internet-videogörüntü) vasitəsi ilə həyata keçiriləcəkdir.

Vətəndaşlar öz müraciətlərini ərizə və ya yaşadıqları ərazinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, o cümlədən Goranboy şəhər əhalisi şəhər İƏDÜ nümayəndəlikdə qurulmuş internet-videogörüntü vasitəsi ilə, hər həftənin iş günləri olmaqla iş saatı ərzində edə bilərlər.

Qeyd:  Qəbulların qanunamüvafiq qaydada aparılması və qəbul zamanı vətəndaş müraciətlərinə həssas yanaşılmasının təmin edilməsi ilə bağlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərə  müvafiq tapşırıqlar verilmişdir.


Əlaqə nömrələri:  022-245-26-33 – Sərdar Sadıqov
                               022-245-14-14 – Sayad Quliyev
                               022-245-34-92 -  Faiq Muradov

Keçidlər