Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy gəncləri cənab Prezidentin siyasətini dəstəkləyir.

05 iyun 2020 | 03:23

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. İdmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.  Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.
Bu gün ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı cənab İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Dövlət başçısının idman qurğularının və müasir Olimpiya komplekslərinin tikintisi ilə bağlı müvafiq sərəncamları  ölkədə idman sahəsinin sürətlə inkişafına stimul verir.
Cənab Prezidentlə yanaşı Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın da idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Mehriban xanım qeyd edib ki, son illər ərzində ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzi tikilib: "İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi. Baxmayaraq ki, Olimpiya Oyunlarının vətəni Avropa sayılır, digər qitələrlə müqayisədə Avropa Oyunları əvvəllər heç vaxt keçirilməmişdir.
   Möhtərəm Prezidentimizin Tərtər rayonuna səfəri zamanı Olimpiya İdman kompleksinin açılışında rayonun bir qrup idmançısı ilə görüşdü. Həmin görüş zamanı Cənab Prezident çıxış edərəkən bildirmişdir ki, “Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır”.
  Cənab Prezidentin birbaşa tapşırığı ilə hazırda Goranboy rayonunda da  Olimpiya kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Bu isə rayonumuzda idmanın daha da geniş inkişafına və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına munbit şərait yaradacaqdır. Goranboylu idmançılar və rayonun bütün gəncləri ölkə başçısının siyasətini dəstəkləyir, Onunla həmrək olduğunu bildirir.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da bu diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.


Elman Muxtarov -  yeniyetmələr arasında olimpiya çempionu

Keçidlər