Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və deputat Goranboy rayonunun Qızılhacılı qəsəbəsində oldular

04 iyun 2020 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 97 saylı Goranboy-Ağdam-Tərtər DSK-dan Milli Məclisin deputatı Ağalar Vəliyev rayonun Qızılhacılı qəsəbəsinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə, qəsəbədə oldular. İcra başçısı və deputat qəsəbədə Qarabağ müharibəsi əlili Natiq İsgəndərovun həyətində, aidiyyəti məsul şəxslər, rayonun  içməli su təsərrüfatı üzrə mütəxəssisləri, ağsaqqal və ziyalılarla birgə, məsələnin həlli ilə bağlı qarşılıqlı müzakirələr apardılar.
Artıq məsələnin həlli istiqamətində  müvafiq işlərə başlanılmışdır.

 

Keçidlər