Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

01 iyun 2020 | 16:00

1 iyun 1950-ci ildə BMT  tərəfindən 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur. Davamlı olaraq, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.
  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın Azərbaycandakı uşaqlara və uşaq evlərinə göstərdiyi diqqət və qayğı, onların təlim-tərbiyəsində, ailə sevgisi ilə əhatə olunmasında xüsusi rolu vardır. Uşaq evləri Fond tərəfindən daim dəstək və qayğı ilə əhatə olunur, valideyn himayəsindən məhrum şəxslərin təhsili, onların asudə vaxtlarının təşkilinə xüsusi əhəmiyyət verilir.
     Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

 

Keçidlər