Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın mövcud vəziyyəti barədə məlumat:

27 may 2020 | 16:00

Goranboy rayonuna 1 may 2020-ci ildə 275 qutu (5225 qram), 5 may 2020-ci ildə isə 42 qutu (798 qram) ipəkqurdu toxumları verilmişdir. İkinci mərhələdə veilən toxumlar əsasən oyanmamışdır. Rayonda baramaçılığın ənənəsi var, təcrübəli kümçülər tərəfindən ipəkqurdu toxumlarına yüksək səviyyədə aqro-zootexniki qulluq işləri aparılmışdır. Buna baxmayaraq 21 may tarixdən etibarən qurdlar günbə-gün saralaraq tələf olmağa başlamışdır.
26 may 2020-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun mütəxəssisi  Qafar Məmmədov və  rayon DAİM-in direktoru təcrübəli kümçülərlə birlikdə yerində ipəkqurdlarına baxış keçirmişdir. Mütəxəssis rəyinə görə bu, sarılıq xəstəliyidir və toxumda olmuşdur. Xəstəlik əsasən 4-cü və 5-ci yaşda üzə çıxır
Yaranmış vəziyyətin yerində bir daha araşdırılması və mövcud vəziyyətin öyrənilməsi üçün mütəxəssis göndərilməsi məqsədi ilə, rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət edilmişdir.
28 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, digər rəhbər şəxslər, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq  Elmi Tədqiqat  İnstitutunun əməkdaşları Arzu Mirzəyeva, İltifat Tağıyev və Səhman Bayramov  kümçülərlə birlikdə, ipəkqurdlarına yerində baxış keçirilmiş, baramanın mövcud vəziyyəti təhlil edilmişdir. İnstitutun əməkdaşları tərəfindən tələf olmuş ipəkqurdularından müəyyən miqdarda götürülərək müayinə məqsədi ilə aparılmışdır.

 

 

Keçidlər