Goranboy RİH nin başçısı Məhərrəm Quliyev Şəmkir maşın kanalına baxış keçirmişdir.
27 may 2020 | 16:00
Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun su təsərrüfatları idarələrin rəhbərləri və Şəmkir maşın kanalının rəhbəriyi ilə birgə maşın-su kanalına baxış keçirdi. İcra başçı kanalın mövcud vəziyyəti, kanalda paylayıcı su qurğuları və kanal vasitəsi ilə əkin sahələrinə nəzərdə tutulmuş su təminatı ilə yerində maraqlandı, kanalın mənbəyinədək müşahidələr aparıldı. Bu sahədə mövcud problemlərin aradan qaldırılnası və kanalın maksimum su təhcizatı ilə təmin olunması, sudan səmərəli istifadə olunması məqsədi ilə məsləhətləşmələr aparıldı.