Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda baş vermiş təbii fəlakət ilə bağlı məlumat

24 may 2020 | 05:55


23  may  2020-ci il tarixdə gündüz  saatlarından başlayan güclü külək  nəticəsində, rayonun bir neçə  yaşayış məntəqəsində elektrik enerjisinin verilişində  fasilələr yaranmış, elektrik təsərrüfatına,   kənd təsərrüfatı sahələrinə, tikililərə və bəzi sahibkarlıq obyektlərinə müəyyən ziyanın dəydiyi müşahidə olunmuşdur. RİH yanında Fövqəladə Hallar Komissiyası təbii fəlakətlə bağlı baş vermiş fəsadların aradan qaldırılması ilə bağlı operativ işləri həyata keçirmişdir. Yaşayış məntəqələrində enerji təminatı  bərpa edilmiş, digər fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Keçidlər