Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus (COVİD 19) pandemiyası ilə mübarizədə Goranboy rayon könüllüləri fəal iştirak edirlər.

20 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına dəstək olaraq Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin tövsiyələrinə uyğun Goranboy rayon könüllüləri də  öz fəaliyyətlərini böyük ruh yüksəkliyi ilə davam etdirərək yeni növ koronovirus (COVİD 19) infeksiyasına qarşı mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin icra olunmasında fəal iştirak edirlər.
Goranboy Rayon İcra Hakimiyyətinin, YAP  rayon təşkilatının, “Aqrar İnkişaf Könüllüləri”, “Uşaq və Ailələrə Dəstək” mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin birgə təşkil etdiyi tədbirlər çərçivəsində rayonda yaşayan 65 yaşdan yuxarı olan tənhalara və aztəminatlı ailələrə baş çəkilmiş, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərilmişdir.
“Böyüklərimizi qoruyaq!” devizi altında rayonumuzun bütün yaşayış məntəqələrində yüzə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan ailələrə dəstək göstərilməsində iştirak etmişlər.
Könüllülər Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Goranboy rayonunda yaşayan müharibə veteranı Misri Əsədovu ziyarət edərək, onları bayram sovqatı ilə təbrik etmişdilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin əhali arasında geniş təbliğ olunması məqsədi ilə Goranboy rayon könüllüləri “Biz birlikdə güclüyük”, “Evdə qal inkişafdan qalma”, “Sağlamlığımız milli həmrəyliyimizdədir” şüarları altında keçirilən aksiyalarda iştirak edərək, öz dəstəklərini göstərirlər.
Rayonumuzda “Könüllü Qonşu” aksiyası böyük həvəslə və ruh yüksəkliyi ilə həyata keçirilmiş. Belə ki, aksiya çərçivəsində könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylamış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər. Eyni zamanda Könüllülər Heydər Əliyev Fondu tərəfindən əlil uşaqlara və aztəminatlı ailələrə göndərilmiş ərzaq məhsullarının paylanılmasında da yaxından iştirak etmişlər.
"Polisə dəstək" aksiyası çərçivəsində gənc könüllülər rayon ərazisində və stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaşlarımızın dəstəyini nümayiş etdirmişlər.  Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etmişlər.

 

 

Keçidlər