Şriftin ölçüsü :

Saytın rəngi :

96 saylı Goranboy-Naftalan DSK-dan Milli Məclisin deputatı Anar Məmmədov seçiciləri ilə onlayn qəbul keçirdi.

14 may 2020 | 16:00

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq artıq uzun müddətdir sizlərlə fərdi şəkildə online görüşlər keçirib, sizləri narahat edən məsələləri həll etməyə çalışırıq. Birbaşa görüşmək üçün qarşımızda kifayət qədər zaman olsa da, düşündüm ki, karantin rejimi dövründə də onlayn vətəndaş qəbulu keçirməklə, seçicilərimin problemlərini dinləyə və həllinə çalışa bilərəm
İlk belə qəbul Goranboy rayonu seçiciləri ilə həyata keçirildi. Bu gün keçirdiyimiz görüşdə Goranboy rayonundan 22 seçicini narahat edən məsələlərə aydınlıq gətirdik. Müraciətlər əsasən bir neçə kəndə internet xətlərinin çəkilməsi, işıq naqillərinin dəyişdirilməsi, kənd yerlərində torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması və içməli su təchizatının yaxşılaşdırılması ilə əlaqədar idi. Rayonun problemlərinin aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanları vasitəsi ən qısa zamanda həlli üçün bütün mümkün addımların atılacağını bir daha qeyd etmək istəyirəm.
Sizlərə bir daha söz verirəm ki, hər zaman yanınızda olacam və problemlərinizin həlli üçün köməyimi əsirgəməyəcəm”.

 

Keçidlər