Şriftin ölçüsü :

Saytın rəngi :

“Goranboy rayonunda suvarma suyunun təminatı, bu sahədə mövcud vəziyyətin öyrənilməsi, təhlili və neqativ halların aradan qaldırılması” ilə bağlı müzakirələr aparılmışdır

13 may 2020 | 16:00

Rayonda suvarma suyunun təminatı, su təsərrüfatı idarələrinin və Sudan istifadə Edənlər Birliklərinin fəaliyyəti, bu sahədə əhalini narahat edən məsəllərin öyrənilməsi və təhlili məqsədi ilə, rayon İcra Hakimiyyəti Başçısı yanında, hüquq mühafizə orqanları rəhbərlərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə operativ müzakirələr aparılmışdır.
İcra başçısı Məhərrəm Quliyev kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarma suyu ilə təminatında mövcud su mənbələrindən səmərəli istifadə olunmasına, yersiz su itkisinə yol verilməməsinə, suvarılmanın növbəlik  və tam ədalət prinsipləri əsasında aparılmasının zəruriliyinə toxundu. Hazırda rayonda 19 Sudan istifadə Edənlər Birliklərinin olduğunu qeyd edən icra başçısı Məhərrəm Quliyev rayonda suvarma suyunun su istifadəçəlirinə çatdırılmasında Birliklərin birbaşa məsuliyətlərinin olduğunu bildirdi. İcra başçısı bu sahədə neqativ halların olması barədə rayon icra hakimiyyətinə məlumatların daxil olduğunu qeyd edərək bununla bağlı ciddi xəbərdarlıq etdi.
Belə ki, Sudan İstifadə Edənlər Birliyi tərəfindən suvarma suyunun hər min kub/m-nə görə Subartezian Quyularının İstismarı və Suvarma Sistemləri idarələrinə 0,50 AZN, su istifadəçəlirənə isə 1,5-3,0 AZN qiymətinə satılması nəzərdə tutulmuşdur. Lakin, yerlərdə bununla bağlı neqativ halların olması barədə rayon İcra Hakimiyyətinə məlumatlar daxil olur. Qərara alındı ki, işçi qaydada Suvarma Təsərrüfatı idarələrinin və Sudan İstifadə Edənlər Birliklərinin rəhbərləri ilə birgə bu məsələ ilə əlaqədar “Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamənin və Azərbaycan Respublikasında sudan istifadə tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin  17 iyun 2002-ci il tarixli, 97 saylı  və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif Şurasının 12 aprel 2006-cı il tarixli, 6 №-li Qərarlarının tələblərindən irəli gələn məsələlərin icrasına yerində əməl edilsin.
Bir daha su təsərrüfatı idarələrinin və Sudan istifadə edənlər Birliklərinin rəhbərlərinə, bu sahədə nəzarətin daha da gücləndirilməsi, əhalini narahat edən məsələlərin yerində obyektiv  araşdırılması və  operativ aradan qaldırılması tapşırıldı.
Bildirildi ki, bunula bağlı hər hansı neqativ və qanunazidd halların aşkar edildiyi təqdirdə, aidiyyəti üzrə hüquq mühafizə orqanları tərəfindən qanunamüvafiq araşdırmalar aparılacaq və bu sahədə aşkar edilən qanunazidd faktlar barədə ciddi əməli tədbirlər görüləcəkdir.

Keçidlər