Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, məcburi köçkün Həsənova Gübarə Mehralı qızı Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı xatirələrini bizimlə bölüşdü

10 may 2020 | 16:00

“ Yaxşı xatirimdədi, 2002-ci ilin sentyabr ayının 13-ü idi. Həmin gün bütün Goranboy   sakinləri sevinc içərisində idi. Çünki Xalqımızın böyük oğlu, Azərbaycanımızın xilaskarı rəhmətlik Prezidentimiz Heydər Əliyev Goranboya səfərə gəlmişdi.
Heydər Əliyevin sərəncamı ilə biz məcburi köçkün və qaçqınların məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsində fərdi yaşayış evləri tikilərək Yeni Yaşayış massivi salınmışdı. Diqqətçəkən məqamlardan biri də o idi ki,  bu yeni qəsəbə, Ulu Öndərin uzaqgörən siyasəti ilə ərsəyə gələn neft boru kəmərindən  ölkəmizə daxil olmuş ilk vəsait hesabına tikilmişdi. Məhz bu Heydər Əliyevin – O böyük insanın xalqına, xüsusən də, biz məcburi köçkün və qaçqınlara olan qayğısı idi.
Dahi insan şəxsən özü qəsəbəyə gəldi. Onun ailə üzvləri ilə birgə gəlməsi isə Ümumilli Liderimizin səmimiliyinin, xalqına bağlılığının bir göstəricisi idi.
Bu səfərin mənim həyatımda  öz xüsusi yeri, qiyməti var. Çünki Ulu Öndər qəsəbədə sakinlərlə görüşəndə mən də orada idim və şəxsən Heydər Əliyevlə görüşdüm, O böyük Şəxsiyyətlə qarşı-qarşıya söhbət etdik.
-Bu mənim həyatımda ən yadda qalan , ən sevincli anlar idi. Bu tarixi yaşadığım üçün özümü çox xoşbəxt sayıram.
Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
Bu gün müstəqil Azərbaycanımız O kişinin, O böyük Şəxsiyyətin müdrikliyi sayəsində var olmaqdadır. Onun bizlərə miras qoyub getdiyi bu müstəqil dövləti Onun layiqli davamçısı, sevimli Prezidentimiz cənab İlham Əliyev,  əzizimiz Mehriban xanımla birgə qətiyyətlə qoruyur və inkişaf etdirir.”

Xuraman Abbasova
“Mübariz” qəzetin redaktoru

 

Keçidlər