Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyin təmin olunması, xüsusi ilə buğdaya olan tələbatın yerli istehsalla ödənilməsi” mövzusunda dəyirmi masa təşkil edildi.

27 iyul 2022 | 10:28

Goranboyda “Azərbaycan Respublikasında ərzaq  təhlükəsizliyin təmin olunması, xüsusi ilə buğdaya olan tələbatın yerli istehsalla ödənilməsi” mövzusunda dəyirmi masa təşkil edildi.

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov, Region Aqro MMC-nin (Goranboy Aqroparkın) direktoru Xatirə Məmmədova, Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər aidiyyəti xidmət sahələrinin rəhbərlərinin və  yerli fermerlərin iştirakı ilə, Goranboy Aqroparkda “Azərbaycan Respublikasında ərzaq  təhlükəsizliyin təmin olunması, xüsusi ilə buğdaya olan tələbatın yerli istehsalla ödənilməsi” mövzusunda dəyirmi masa təşkil edildi. Tədbirdə Goranboy rayonunda, o cümlədən Aqroparkda taxılçılığın inkişafı, toxum  istehsalı və emalı, yerli istehsal imkanlarının genişləndirilməsi və buğdaya olan tələbatın yerli istehsalla ödənilməsi ilə bağlı geniş müzakirələr aparıldı.

Keçidlər