Şriftin ölçüsü :

Saytın rəngi :

Elan:Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektlərinin tikintisi və istismara icazələrin sadələşdirilməsi barədə.

01 may 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkəmizdə biznes mühitinin  əlverişliyinin artırılması  və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması  məqsədi ilə təsdiq edilmiş “İcra və Kommunikasiya Planları”  çərçivəsində tikintiyə icazələrin  sadələşdirilməsi ilə bağlı  Dövlət  Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektlərinin tikintisi və istismara icazələrin alınması üçün “Bir pəncərə” müraciət sistemi hazırlanaraq istifadəyə verilmişdir.
Goranboy rayonu ərazisində də tikinti obyektlərinin tikintisi və istismara icazələrin alınması üçün Dövlət  Şəhərsalma və Arxitektura Komitəsinin   pencere.arxkom.gov.az saytına daxil olmaqla Goranboy rayon İcra Hakimiyyətinin adını seçib oradan da tikintiyə icazə pəncərəsinə daxil olaraq, tələb olunan müvafiq sənədlər skayn edilməklə elektron qaydada yerləşdirilməlidir. Bundan sonra 14 (on dörd) iş günü ərzində müraciətə cavab veriləcəkdir.
Yerli İcra Hakimiyyəti orqanlarının tikintiyə icazələrinin verilməsi üçün tətbiq edilən “Bir pəncərə” elektron müraciət sisteminə inteqrasiyası təmin edilmişdir.

Keçidlər