Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti Başçısı video müşavirə keçirdi.

30 aprel 2020 | 05:21

İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər ilə keçirilən video müşavirədə İcra başçısı Məhərrəm Quliyev Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yerlədə xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi, aztəminatlı ailələrə sosial qayğının göstərilməsi və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid səpini, tütünün əkini ilə bağlı şum işlərinin aparılması və barama kümxanaların hazırlanması barədə məlumatları dinlədi, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə  və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi. Yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə, kənd təsərrüfatı sahəsində çalışanlarla bağlı verilən rəsmi arayışlara və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə  də toxunan icra Başçısı, bu sahələrdə qanunazidd hallara yol verilməməsini  ciddi surətdə  tapşırdı.

 

Keçidlər