Goranboy rayonunda baramaçılığın inkişafı diqqətdə saxlanılır, cari məhsul ilində 15,5 ton yaş baramanın götürülməsi gözlənilir
28 aprel 2020 | 16:00
Rayona, 370 qutu olmaqla 7400 qram barama qurdunun gətirilməsi planlaşdırılmışdır. Bu məqsədlə yerlərdə kümçülərlə maarifləndirici söhbətlər aparılmış, baramanın saxlanılması üçün kümxanalar hazırlanmışdır. Yaxın vaxtlarda Qax barama-damazlıq inkubasiya mərkəzindən barama qurdlarının gətirilməsi və kümçülərə paylanması təmin ediləcəkdir.