Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy Rayon Gənclər və İdman İdarəsi tərəfindən 27 aprel-04 may 2020-ci il tarixlərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçiriləcəkdir

27 aprel 2020 | 16:00

Goranboy Rayon Gənclər və İdman İdarəsi tərəfindən 27 aprel-04 may 2020-ci il tarixlərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçiriləcəkdir. Rəsmlər idarənin əməkdaşı Cəfər Verdiyevin elektron ünvanına (ceferverdiyev29@gmail.com) göndərilir. Rəsmlərdə təbiət gözəllikləri əksini tapmalıdır. Rəsm müsabiqəsini təşkil etməkdə məqsəd Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, ideyalarının gənclər arasında təbliği, eyni zamanda "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının müvafiq bəndlərinin icrası, gənclər və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların istedadlarının aşkar edilməsi, təbiətin füsünkar gözəlliyinin dərk edilməsidir. Koronavirus pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi müddəti bitdikdən sonra ən yaxşı rəsm çəkənlər idarə tərəfindən mükafatlandırılacaqdır.

Əlaqə telefonu: 070-238-34-56

Keçidlər