Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərargahın Məlumatı

24 aprel 2020 | 10:01

Operativ Qərargah rayon sakinlərinin nəzərinə çatdırır ki, rayon ərazisində 23 aprel 2020-ci il tarixədək 657  nəfər koronavirus tibbi testindən keçmiş və bir nəfərdə virus aşkar edilmişdir. Həmin şəxs rayon Mərkəzi Xəstəxanasında xüsusi karantin rejimində müalicə edilir. Hazırda Goranboy RMX-a yerləşdirilmiş 96 nəfərdən 2-si vəfat edib, 19 nəfəri sağalma ilə çıxıb, 4-ü Bakı şəhərinə aparılmış, 71 nəfərin hazırda müalicəsi davam etdirilir. Xüsusi karantini rejiminin tələb və qaydalarını pozduğuna görə, ümumilikdə 251 nəfər aidiyyəti üzrə rayon Polis Şöbəsi tərəfindən inzibati qaydada cərimələnmişdir.
Əziz goranboylular:
Operativ Qərargah sizləri bir daha, xüsusi karantini rejiminin tələb və qaydalarına ciddi əməl etməyə çağırır: “Evdə qal, sağlam ol”

Keçidlər