Goranboy rayon İcra Hakimiyyətinin başçısı Dəliməmmədli şəhərində yeni inşa edilmiş 8 mənzilli yaşayış binasına baxış keçirdi.
21 aprel 2020 | 16:00
İcra Başçısı Məhərrəm Quliyev, ilk olaraq qəzalı vəziyyətdə olan binada vəziyyətlə tanış oldu, sonra həmin binanın sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə, Prezidentin cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yeni inşa edilmiş 8 mənzilli binaya baxış keçirdi. Binada tikinti işləri tam başa çatdırılmışdır. İcra Başçısı binanın elektrik, təbii qaz, su və rabitə xətləri ilə təhciz olunması məqsədi ilə lazımi işlərin aparılması ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.