“Region Aqro” MMC ( Goranboy Aqro) tərəfindən rayonda 300 aztəminatlı ailəyə ərzaq yardımı verildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən, “Region Aqro” MMC ölkəmizdə koronavirus ( COVİD-19) pandemiyasının qarşısının alınması məıqsədi ilə, hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərinə qoşulmuşdur. Belə ki, Goranboy rayonu ərazisində xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq sosial izolyasiya şəraitində yaşayan aztəminatlı ailələrə baş çəkilmiş, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılmışdır.
Fəxralı və Qurbanzadə kəndlərində-59, Şadılıda-20, Xoyluda-21, Qaradağlıda-36, Dəliməmmədlidə-32, Alpoutda-21, Düzqışlaqda-22, Baxçakürddə- 20, Qazanbulaqda-31, Quşçularda-11 və Yəhərçi-Qazaxlarda- 27 olmaqla, ümumilikdə 300 aztəminatlı ailələrə ərzaq yardımı verilmişdir.
05 iyun 2018-ci il tarixdən fəaliyyətə başlayan və ölkənin ərzaq təminatında mühüm rol oynayan “Region Aqro” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 (yüz) min manat məbləğində vəsait köçürməklə də öz sosial dəstəyini ifadə etmişdir.