Goranboy rayon İcra Hakimiyyətinin başçısı cəbhə bölgəsində yerləşən Tap Qaraqoyunlu kəndində oldu
18 aprel 2020 | 16:00
İcra Başçısı Məhərrəm Quliyev cəbhə bölgəsində yerləşən Tap Qaraqoyunlu kəndində aparılan yol çəkilişi işləri və kəndin suvarma suyu ilə təminatı vəziyyəti ilə yerində tanış oldu, yolun kənd qəbirstanlığınadək davam etdirilməsi üçün aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi. İcra Başçısı Şəhidin həyat yoldaşı Şəfiqə Məmmədovanın evində olaraq onunla görüşdü və yaşayış şəraiti ilə tanış oldu.