Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyaya qarşı ən yaxşı mübarizə Azərbaycanda aparılır – deputat Ağalar Vəliyev

19 aprel 2020 | 03:44

"Prezident İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. Bütün cəmiyyətimizin bu tədbirlərə dəstək verməsi xalqımızın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir.
Cənab prezidentin tapşırığı ilə həyata keçirilən bu tədbirlər dünya ölkələri üçün də nümunədir. Məhz, cənab İlham Əliyevin qərarı ilə koronavirus pandemiyasına qarşı önləyici tədbirlərin daha tez həyata keçirilməsi bu virusun ölkəmizdə geniş yayılmasının qarşını aldı.
Diqqət edirsinizsə, istər virusa yoluxma, istər ölüm sayı ətrafdakı ölkələrlə müqayisədə Azərbaycanda çox aşağıdır. Bunun səbəbi odur ki, Azərbaycan Prezidenti daha çevik qərarlar verərək, önləyici tədbirləri reallaşdıraraq, buna nail olub. "Yeni klinika"nın, onun ardınca tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi də bu siyasətin nə qədər düşünülmüş və genişmiqyaslı olduğunu göstərir. Hər bir vətəndaş dövlətin diqqətindədir. Bunu Prezidentimiz də hər çıxışında xüsusi vurğulayır. Hər birimiz də gündəlik həyatda bunun şahidi oluruq.
Cənab prezidentin tapşırığı ilə sosial vəziyyəti ağır olan vətəndaşlara yardım edilməsi, eləcə də karantindən zərərçəkən sahibkarlara dəstək verilməsi təqdir olunmalıdır. Bütün bu addımlarla dövlət xalqın yanında olduğunu sübut elədi. Verilən qərarlar onu göstərir ki, heç kim dövlətin qayğı siyasətindən kənarda qalmayacaq. Artıq  on minlərlə işsiz insana yardım edilib. Onlar müvafiq formada 190 manatlıq kompensasiyanı almağa başlayıblar. Cənab prezident bu gün nazirlərlə videobağlantıda qeyd etdi ki, ümumi vəziyyəti nəzərə alaraq və 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir.
Bundan əlavə, yüz minlərlə insana yardımlar edlir. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşının yanında olduğunu və ona lazım olan dəstəyi verdiyini göstərir. Bu gün bizim hər birimizdən yüksək vətəndaşlıq məsuliyyəti, birlik və həmrəylik nümayiş etdirməklə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına ciddi şəkildə əməl etmək tələb olunur. İnanıram ki, bu sınaqdan dövlət və xalq olaraq, daha az itkilərlə çıxacağıq, çünki cənab Prezidentin təbirincə desək, biz birlikdə güclüyük”

Keçidlər