Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılovanın Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür məktubu

18 aprel 2020 | 16:00

Hörmətli Mehriban xanım.
Sizin və Hörmətli Prezidentimizin bu ağır günlərdə Azərbaycan xalqı üçün göstərdiyiniz fədakarlıqlara ,diqqətə,qayğıya görə bir şəhid ailəsi kimi,bir Milli Qəhrəmanın həyat yoldaşı kimi sizə öz dərin minnətdarlığımı bildirirəm.
Mən Ulu Önderlə görüşüm zamanı həmişə qeyd etmişəm ki,biz heç  bir çətinlikdən qorxmuruq. Çünki,bizim qüdrətli dövlətimiz var və uzaqgörən prezidentimiz var.Bu sözləri bu gün də mən fəxrlə deyə bilərəm.
Hörmətli Mehriban xanım,sizə uzun ömür can sağligi,bu çətin günlərdə işlərinizdə uğurlar arzulayıram.
Allah üstünüzdə yar olsun.
Hörmətlə Azərbaycanın Milli Qəhrəmanın Niyazi Aslanovun həyat yoldaşı Ismayılova Rübabə.

Keçidlər