Goranboylu Milli Qəhrəmanlar Cənab Prezidentə minnətdarlıq məktubu ünvanladılar
Möhtərəm Prezident.
Cənab Ali Baş Komandan.
Dünyanı bürüyən koronavirus pandemiyası bəşəriyyəti ölüm təhlükəsi ilə üz-üzə qoymuşdur. Avropanın ən böyük dövlətləri bu virusla mübarizədə aciz durumdadır.
Ancaq, Sizin uzaqgörən və düşünülmüş məqsədyönlü qərarlarınız və həyata keçirdiyiniz işlər sayəsində Azərbaycan bu virusa qarşı effektli mübarizə aparan ən qabaqcıl ölkələr sırasındadır. Məhz Sizin xüsusi tapşırığınızla Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsi bu virusun yayılma təhlükəsinin və baş verə biləcək ağır fəsadların əvvəlcədən qarşısının alınması baxımından zəruri addım idi.
Xüsusi təyinatlı xəstəxanaların tikilməsi, həmçinin bu yaxınlarda Sizin iştirakınızla istifadəyə verilmiş Goranboy Mərkəzi Xəstəxanasının da bu təyinatla fəaliyyət göstərməsi, əlavə tibbi ləvazimatların alınması və əhali üçün Sosial Paketin hazırlanması ilə bağlı Sərancamlarınız Sizin vətəndaşlarımıza verdiyiniz dəyərin, göstərdiyiniz qayğının təzahürüdür.
Sizin və Mehriban xanımin xalqımıza müraciətləriniz də bunu bir daha sübut edir.
Biz yaxşı bilirik ki, ölkəmizdə hər bir şey dövlətimizin, Sizlərin nəzarətindədir. Səhiyyə işçilərimiz və digər bütün dövlət orqanları birgə fəaliyyət göstərərək bu ümumbəşəri bəlaya qarşı əzmlə mübarizə aparır.
Goranboy rayonunda da bununla bağlı ciddi əməli tədbirlər; dezinfeksiya və maarifləndirmə işləri lazımi səviyyədə həyata keçirilir.
Cənab Prezident.
Biz, bütün qəhrəman goranboylular adından Sizə və Mehriban xanıma, xalqımızın sağlamlığı üçün göstərdiyiniz bu diqqətə görə minnətdarlığımızı bildiririk.
Uca Allahın köməyi ilə xalqımız bu bəladan sağ-salamat qurtulacaq və bir Ali Baş Komandan kimi, Sizin rəhbərliyinizlə biz Milli Qəhrəmanlar və bütün Qəhrəman goranboylular birlikdə, tezliklə Qarabağımızı erməni işğalçılarından – murdar erməni virusundan azad edəcəyik.
Böyük Allah xalqımızı, dövlətimizi qorusun.