Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərərgahın Məlumatı
16 aprel 2020 | 03:48
Operativ Qərərgah rayon sakinlərinin nəzərinə çatdırır ki, rayon ərazisində 15 aprel 2020-ci il tarixədək 371 nəfər koronavirus tibbi testindən keçmiş və bir nəfərdə virus aşkar edilmiş, həmin şəxs rayon Mərkəzi Xəstəxanasında xüsusi karantin rejiminə götürülmüşdür. Xüsusi karantini rejiminin tələb və qaydalarını pozduğuna görə, ümumilikdə 212 nəfər aidiyyəti üzrə rayon Polis Şöbəsi tərəfindən inzibati qaydada cərimələnmişdir.
Əziz goranboylular:
Operativ Qərərgah sizləri bir daha, xüsusi karantini rejiminin tələb və qaydalarına ciddi əməl etməyə çağırır: “Evdə qal, sağlam ol”