Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbir keçirlidi.

23 iyun 2022 | 16:11

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Goranboyda dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbir keçirlidi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, başçının Aparatının əməkdaşları, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarında çalışan və  bir qrup pensiyaçı  dövlət qulluqçuları iştirak etdilər.Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir rayon Heydər Əliyev  Mərkəzində  davam etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev bildirdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Möhtərəm Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulur, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilir, vətəndaşların hüquq və azadlıqlarının qorunması, həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılır. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.

Azərbaycan Respublikası Prezidentinin  “dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli Sərəncamına əsasən, Goranboy  rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Muradov Faiq Nizami oğlunun “dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi tədbirdə çıxış edən natiqlər tərəfindən,  ümumilikdə rayonumuzda bütün dövlət qulluqçularına  verilən yüksək qiymət və bu sahəyə göstərilən diqqət  kimi dəyərləndirildi.

Tədbirdə, cənab Prezidentin müvafiq Sərəncamına əsasən, Vətən Müharibəsi qazisi, RİH-nin  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xəlilov Elnur Rizvan oğluna “Suqovuşanın azad olunmasına görə” medalı,  dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup əməkdaşa rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

 

 

Keçidlər