“8 noyabr-Zəfər Günü” ilə bağlı Dəliməmmədli şəhər mədəniyyət evində “ Vətən naminə” mövzusunda konfrans keçirildi.
05 noyabr 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Regional Şöbəsinin birgə təşkilatçılığı ilə, “8 noyabr-Zəfər Günü” ilə bağlı Dəliməmmədli şəhər mədəniyyət evində “ Vətən naminə” mövzusunda konfrans keçirildi. Konfransda Vətən müharibəsi Şəhidlərimizin əziz xatirəsi anıldı və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda həyata keçirdiyi 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx izlənildi.