Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşası aparılan Goranboy şəhər Olimpiya İdman Kompleksində işlər davam etdirilir.
11 aprel 2020 | 07:20
. Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Olimpiya İdman Kompleksinin tikintisində aparılan işlərlə yerində tanış oldu. İcra başçısı burada tikinti işlərini aparan podratçı təşkilatın nümayəndəsi ilə görüşdü, onların qarşılaşa biləcəyi problemlərin yerində həll olunması və aparılan tikinti işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı aidiyyatı məsul şəxslərə tapşırıqlarını verdi.