Goranboy rayonunda baş vermiş təbii fəlakət ilə bağlı məlumat
07 aprel 2020 | 16:00
06 aprel 2020-ci il tarixdə gecə saatlarından başlayan güclü külək və yağış nəticəsində, rayonun 12398 abonenti olan 49 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranmış, elektrik təsərrüfatına, kənd təsərrüfatı sahələrinə və bəzi sahibkarlıq obyektlərinə müəyyən ziyanın dəydiyi müşahidə olunmuşdur. Səhər saatlarından etibarən elektrik təsərrüfatında enerji təminatının bərpa olunması istiqamətində işlər davam etdirilir. RİH yanında Fövqəladə Hallar Komissiyası təbii fəlakətlə bağlı baş vermiş fəsadların aradan qaldırılması ilə bağlı operativ işləri həyata keçirir.