ELAN: Goranboy rayon İcra Hakimiyyəti Yanında Operativ Qərargah rayon sakinlərini, Nazirlər Kabinetinin “xüsusi karantin rejimi” ilə bağlı qərarına ciddi əməl etməyə, evlərdən bayıra çıxmamağa çağırır.
ELAN:
Goranboy rayon İcra Hakimiyyəti Yanında Operativ Qərargah rayon sakinlərini, Nazirlər Kabinetinin “xüsusi karantin rejimi” ilə bağlı qərarına ciddi əməl etməyə, evlərdən bayıra çıxmamağa çağırır.
Əziz goranboylular !
Goranboy rayon İcra Hakimiyyəti Yanında Operativ Qərargah bildirir ki, ölkəmizdə koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması və virusa qarşı aparılan mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə, Respublikada elan edilmiş xüsusi karantin rejiminə rayonumuzda ciddi surətdə əməl edilir. Məhz bunun müsbət nəticəsidir ki, bu günədək Goranboyda koronavirusa (COVID-19) yoluxma faktı aşkar edilməmişdir.
Operativ Qərargah bir daha sizləri, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır : “ Evdə qalın, sağlam qalın, özünüzü, ailənizi və Qəhrəman goranboylularımızı qoruyun.”